ABŞ-da özəl sektor məşğulluğu gözləntilərdən aşağı artıb | Banco.az

ABŞ-da özəl sektor məşğulluğu gözləntilərdən aşağı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor məşğulluğu gözləntilərdən aşağı artıb.

Banco.az xəbər verir ki, ABŞ-da özəl sektorda məşğulluğun artımı iyul ayında bazar gözləntilərini doğrultmayıb.

“ADP” tərəfindən açıqlanan məlumata görə, ABŞ-da özəl sektorda məşğulluq iyul ayında 44 min nəfər artıb. “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, bazar iştirakçıları artımın 65 min nəfər olacağını proqnozlaşdırırdılar.

İyun ayı üzrə daha əvvəl açıqlanan 98 min nəfərlik məşğulluq artımı da sonradan 95 min nəfərə endirilərək yenidən nəzərdən keçirilib.

Məşğulluq artım tempinin zəifləməsinə baxmayaraq, göstəricilər biznes və istehlak tələbinin dəstəyi ilə ABŞ əmək bazarında sabitliyin qorunduğunu göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram