ABŞ Xəzinədarlığı 125 milyard dollarlıq istiqraz buraxacaq | Banco.az

ABŞ Xəzinədarlığı 125 milyard dollarlıq istiqraz buraxacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Xəzinədarlığı 125 milyard dollarlıq istiqraz buraxacaq.

Banco.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, avqustun 15-də ödəmə müddəti başa çatan təxminən 96,3 milyard dollar həcmində Xəzinədarlıq istiqrazlarının yenidən maliyyələşdirilməsi çərçivəsində gələn həftə üç istiqraz hərracı keçiriləcək.

Açıqlamaya əsasən, avqustun 11-də 58 milyard dollar həcmində 3 illik, avqustun 12-də 42 milyard dollar həcmində 10 illik, avqustun 13-də isə 25 milyard dollar həcmində 30 illik istiqrazların buraxılışı həyata keçiriləcək.

Nazirlik ümumilikdə 125 milyard dollar dəyərində istiqraz emissiyasının planlaşdırıldığını bildirib. Qeyd olunub ki, bu buraxılışlar nəticəsində özəl investorlardan təxminən 28,7 milyard dollar həcmində yeni vəsait cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram