Avrozonada biznes fəallığı indeksi son səkkiz ayın ən yüksək səviyyəsinə yüksəlib | Banco.az

Avrozonada biznes fəallığı indeksi son səkkiz ayın ən yüksək səviyyəsinə yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada biznes fəallığı indeksi son səkkiz ayın ən yüksək səviyyəsinə yüksəlib.

Banco.az xəbər verir ki, “S&P Global” Avrozonanın iyul ayına dair Satınalma Menecerləri İndeksi (PMI) göstəricilərini açıqlayıb.

Məlumata əsasən, iyun ayında 50 bənd olan Avrozonanın birləşdirilmiş PMI göstəricisi iyulda 52 bəndə yüksəlib. Bununla da, birləşdirilmiş PMI son səkkiz ayın ən yüksək səviyyəsinə çatıb.

Avrozonada xidmət sektoru üzrə PMI isə iyun ayında qeydə alınan 49,4 bənddən iyulda 51,7 bəndə yüksələrək son beş ayın ən yüksək göstəricisini nümayiş etdirib.

Bazar iştirakçıları birləşdirilmiş PMI göstəricisinin iyul ayında 51,9 bənd, xidmət sektoru üzrə PMI-nin isə 51,6 bənd olacağını proqnozlaşdırırdı. Açıqlanan nəticələr gözləntiləri üstələyib.

Məlumatlar göstərir ki, Avrozonada iyul ayında inflyasiyanın zəifləməsi fonunda istehsal həcmi və yeni sifarişlər artıb.

Qeyd edək ki, PMI göstəricisinin 50 və daha yüksək olması sektorda genişlənməyə, 50-dən aşağı olması isə daralmaya işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram