Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya ordunun komanda və idarəetmə proseslərində ABŞ istehsalı olan süni intellekt sistemlərindən istifadə imkanını qiymətləndirir.
Banco.az xəbər verir ki, Yaponiyanın “Nikkei Asia” nəşrinin yaydığı məlumata görə, Tokio rəhbərliyi orduda qərarların qəbulunu sürətləndirmək və ABŞ Silahlı Qüvvələri ilə əməliyyat uyğunluğunu gücləndirmək məqsədilə ABŞ şirkətləri “Palantir Technologies” və “Anduril Industries” tərəfindən hazırlanmış süni intellekt sistemlərini nəzərdən keçirir.
Orduda tətbiqi planlaşdırılan süni intellekt sistemlərinin əks-hücum əməliyyatları, raketdən müdafiə və pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması kimi sahələrdə komanda və idarəetmə proseslərinə dəstək verməsi nəzərdə tutulur.
Yaponiya hökumətinin süni intellektin inteqrasiyası ilə bağlı planını ilin sonunadək milli təhlükəsizlik strategiyası sənədlərində ediləcək yenilənmələrdən əvvəl dəqiqləşdirəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
