“Lightning Network”-un nə olduğunu öz saytında yazdığı kimi təsvir etmək olar: anlıq Bitcoin/ Blockchain əməliyyatları. İndi isə bunun nə olduğunu araşdıraq.
“Lightning Network” dilimizdə şimşək şəbəkəsi kimi tərcümə olunur. Bitcoin-in tansfer sürətinə öz təsirini göstərəcək. Bitcoin-i bir cüzdandan digərinə və ya kriptovalyuta birjası saytına göndərmək istədikdə çoxlu vaxt sərf edirik. “Lightning Network” həmin prosesi saniyələr içində reallaşdırır və minlərlə əməliyyatı ən qısa vaxtda həyata keçirir.
“Lightning Network” texniki mənada cüt istiqamətli ödəmə kanallarının bir şəbəkə vasitəsilə Bitcoin, Litecoin, Vertcoin kimi pul vahidlərinin mikro ölçüdəki ödəmələrini etmək üçün istifadə edilən P2P sistemidir. Ona qısaca olaraq “LN” deyilir.
Altcoinlər barədə suallara cavab
Bitcoin ölçmə problemi nədir?
Bitcoin şəbəkəsi hər 10 dəqiqədə 1 MB bloklar yaradır və saniyədə maksimum 7 transfer həyata keçirə bilir. Bu göstərici yaxşı səslənə bilər, ancaq kredit kartları sistemi olan Visa-nın 2000 transfer apardığını nəzərə alsaq, heç də sürətli olmadığını görərik.
Xüsusilə Bitcoin-ə artan tələbatla əməliyyatlar da çoxaldı. Belə halda, şəbəkədə böyük gecikmə yaranır. Bunun xaricində blok ölçüləri artırıldığında, ümumi Bitcoin Blockchain-in də ölçüsü artacağı üçün uzun müddətə Blockchain-in sürətlə böyüməsi və şəbəkədəki sinxronizasiya müddətinin uzadılmasından ehtiyat edilir.
1 avqust 2017-ci ildə fork nəticəsində ortaya çıxan Bitcoin Cash blok ölçüsünün artırılması fikrindən yola çıxaraq əsl Bitcoin zəncirindən ayrılıb.
“Lightning Network” necə işləyir?
“Lightning Network” şəxslər arasında transferlərin əsas blok zəncirində (Blockchain) yer almadan köçürülməsini təmin edir. Beləliklə, mədənçilərə əlavə xərc ödəmədən Bitcoin, Litecoin və Vertcoin kimi koinləri transfer edər.
“Lightning Network” blok zəncirinin əsas texnologiyasından asılıdır. Real Bitcoin Blockchain əməliyyatlarını istifadə edərək və Ethereum-dakına bənzər ağıllı müqaviləli sistemlər vasitəsilə yüksək həcm və yüksək sürətdə əməliyyat edə bilən etibarlı bir iştirakçı şəbəkəsi yaradır.
“Lightning Network”-un iki iştirakçı blok zəncirində (Blockchain) hər iki iştirakçının da hər hansı bir vəsaiti imzalamasını tələb edən blok günlük girişini yaradılıb. Buna “Multi Signature Address” deyilir. Bu ünvanın iki fərdi düyməsi vardır, birincisi digərinin şəxsi açarını heç vaxt bilmir. Beləliklə, iki iştirakçı arasında “Bi-Directional Channel” qurulur. Bu kanalın hansı müddətdə açıq olacağı bu iki iştirakçıdan asılıdır.
Bunu nümunə ilə izah edək. Əhməd və Aişə 1 BTC-lik transfer etmək istəyir. Yəni Əhməd Aişəyə 1 Bitcoin göndərəcək. İlk olaraq, “Lightning Network”-un köməyi ilə Blockchain-də çoxlu imza ünvanları yaradırlar. Burada Əhmdə Aişəyə 1 Bitcoin-i hansı tarixdə göndərdiyini yazır və öz açarı ilə (kendi private key) onu imzalayır. Əgər qeyd olunan tariə qədər tərəflərdən biri əməliyyatdan imtina etməzsə, o, reallaşır.
Bu kanaldakı hər əməliyyatdan sonra köhnə xüsusi düymələr etibarsız sayılaraq dəyişir.
İki yönlü ödəmə kanalı adlandırılan bu sistemdə iki iştirakçı, blok zəncirində hər iki iştirakçının da hər hansı bir fon xərcləməsini imzalamasını tələb edən bir dəftər hesabatı girişi yaradır. Hər iki tərəf ödəniş və pul almaq əməliyyatı edir, ancaq bunu Blockchain-də dərc etməz.
Bu 2 iştirakçı arasındakı bütün əməliyyatlar bitdiyində və ya kanalı bağlamaq istədikdə qarşılıqlı olaraq son transferlər edilir, amma bu dəfə bu əməliyyatlar private key-lər olmadan həyata keçirilir və son hesablar Blockchain-də yayımlanır.
Bu kanalların bir sosial şəbəkə kimi minlərlə insan üçün açıq olduğunu düşünün. Bu, prosesləri sürətləndirəcək. Bitcoin-i gündəlik həyatda istifadə edilən bir quruluşa çevirdiyi kimi “Lightning Network” da maraqla gözlənilir.
Bunlara da bax:
Bitcoin haqqında 11 maraqlı fakt
Mənbə: kripto.az