Azərbaycanın Belarusa qeyri-neft ixracı 64%-dək artıb | Banco.az

Azərbaycanın Belarusa qeyri-neft ixracı 64%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Belarusa qeyri-neft məhsullarının ixracı illik müqayisədə 24 milyon 818 min dollar və ya 63,5% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Belarusa qeyri-neft ixracının dəyəri 63 milyon 915 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 39 milyon 97 min dollar olub. 

Qeyd edək ki, ilk 10 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 987 milyon 815 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram