Azərbaycanın dövlət büdcəsinin profisiti 40 %-ə yaxın artıb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin profisiti 40 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri isə 31 milyard 414,7 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 1,2 % çoxdur.

Büdcə gəlirləri proqnozdan 0,9 % çox icra edilib.

Son nəticədə 11 ayda büdcədə 4 milyard 210,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 39,5 % çoxdur.