Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 253,4 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,6 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 98,4 faiz artıb.
Yanvar-oktyabr aylarında 25 463 ədəd notbuk (15,6 dəfə çox), 2 847 ədəd stolüstü kompüter, 394,5 min ədəd ölçmə cihazları, 239 ədəd güc transformatorları, 836 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
