Bitcoini kim yaradıb?
Bitcoin 2008-ci ildə Satoshi Nakamoto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla və s ilə əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləriylə alınıb satıla bilən, transfer edilə bilən bir növ rəqəmsal pul vahididir. Qlobal bazarlarda, Dollar və Avroya alternativ olaraq önə çıxan Bitcoinin simvolu ฿, qısaltması isə BTC kimidir.
Bitcoin’in Dəyərini nə təyin edir?
Bitcoinin özbaşına yəni özündən aslı bir dəyəri olmadığı üçün insanların istəyi ilə dəyər qazandığını söyləmək doğru olar. Onun dəyərini bazardakı tələb və təklif şərtləri təyin edir. Tələb artdıqca qiyməti artır, düşdükcə dəyəri azalır. Dövranda məhdud miqdarda Bitcoin var. Yeni Bitcoin yaratmağın əvvəldən təyin olunmuş bir proseduru və limiti olduğu üçün yalnız tələb olduğu hallarda yaradılır.
Bitcoin necə istifadə edilir?
Əvvəlcə Bitcoin istifadə etmək üçün bir cüzdan yaratmaq lazımdır. Bu virtual cüzdanınızı həm mobil telefonunuzda, kompüterinizdə meydana gətirə bilərsiniz həm də internet vasitəsilə web xidmətlərindən istifadə etməklə də. Adam başına cüzdan limiti yoxdur. İstədiyiniz qədər cüzdan yarada bilərsiniz. Üstəlik meydana gətirəcəyiniz cüzdan üçün xüsusi məlumatlarınızı verməyinizə də ehtiyac yoxdur. Yaradacağınız bu virtual cüzdan ilə pul ala bilər, pul göndərə hətta alış-veriş belə edə bilərsiniz.
Bitcoin etibarlıdır mı?
Bitcoin sistemində edilən ödənişlərin təsdiqlənməsi üçün açıq açarlı şifrələmə (asimmetrik kriptoqrafik), nöqtədən-nöqtəyə şəbəkə bağlantısı və proof-of-work kimi texnologiyalar istifadə edilir. Bitcoinlər ödəməni edən ünvandan alıcı ünvana şifrələnmiş olaraq yəni imzalanaraq göndərilir. Hər əməliyyat şəbəkəyə bildirilir və blok zəncirində yerini alır. Beləcə əlavə bitcoinlər bir dəfədən çox istifadə edilə bilməz. Bitcoin bu texnologiyaları istifadə edərək, hər kəsin istifadə edə biləcəyi sürətli və son dərəcə etibarlı bir ödəmə şəbəkəsi təmin etməkdədir.
Bitcoini harada istifadə etmək olar?
Aldığınız bitcoinləri internet vasitəsilə xərcləyə, alış-veriş edə bilərsiniz. Bizim ölkəmizdə hələ olmasa da dünyanın bəzi ölkələrində bitcoini istifadə edən mağazalar və restoranlar var. Bundan əlavə Paypal Bitcoini ödəmə sistemi kimi qəbul etdiyini bildirib. Paypal vasitəsilə etdiyiniz alış verişlərinizdə Bitcoindən istifadə etmək imkanınız var.
Mənbə: Bizplus.az