Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 24 milyon 672 min ABŞ dolları dəyərində 13 min 695 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 1 379 ton və ya 11,2%, dəyəri isə 4 milyon 379 min dollar və ya 21,6% artıb.
Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 20 milyon 293 min dollar dəyərində 12 min 316 ton süd və qaymaq idxal edilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,13%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
