Azərbaycandan qeyri-ənənəvi məhsulların ixracına başlanılıb.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Əkbər Əliyev "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan qeyri-ənənəvi məhsulların ixracına da start verilib: "Xüsusilə Avropa İttifaqı ölkələrinə Azərbaycandan akvakultura məhsullarının, balıq məhsullarının, kürülərin, qurbağa ayağı kimi məhsulların ixracı həyata keçirilir. Avropa İttifaqında artıq 12-dən çox Azərbaycanın istehsalçı müəssisələri qeydiyyata alınıb. Bu da Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin getdikcə artmasını göstərir".
O qeyd edib ki, Azərbycan artıq dörd xəstəlikdən, həmçinin xırda buynuzlu heyvanların taun xəstəliyindən azad status alıb: "Bu da ölkəmizdə istehsal edilən məhsulların ixrac trayektoriyasını, ixrac xəritəsini genişləndirəcək".
report
