Kriptovalyuta sektorunda adını tez-tez eşitdiyimiz Blockchain nədir? | Banco.az

Kriptovalyuta sektorunda adını tez-tez eşitdiyimiz Blockchain nədir?

Bitcoin ilə başlayan və Kriptovalyuta sektorunda adını tez-tez eşitdiyimiz Blockchain nədir?

Blockchain tək bir cümlə ilə desək, şifrələnmiş əməliyyatları həyata keçirən dağınıq məlumat bazasıdır. Bu texnologiyaya isə Blokchain texnologiyası adı verilmişdir.

Bitcoin və digər bütün kripto valyutaların yaradılmasını, saxlanmasını və istifadəçidən istifadəçiyə pul köçürməsini (rəqəmsal) təşkil edən texnologiya Blokchain texnologiyasıdır.

Zəncirləmə bir şifrələmə modelinə dayanan Blockchain qırılabilməz, lakin təqib edilə bilən bir quruluşa malikdir. Eynilə Bitcoin kimi, heçbir mərkəzə bağlı olmadığına görə güvənli, istifadəçidən istifadəçiyə birbaşa əməliyyatlar oluna bilir.

Bitcoin və Blockchain çox zaman insanlar tərəfindən qarışdırılır, lakin unutmayaq ki, Bitcoin bir rəqəmsal pul vahididir, Blockchain isə bir məlumat bazası texnologiyasının adıdır.

Blockchain mövcud sistemləri aradan qaldırmaq gücünə sahib.

Necəki pul köçürmələri üçün bir banka ehtiyac varsa, rəqəmsal pul köçürmələri üçün də Blockchain-ə ehtiyacınız var. Məhz buna görə Blockchain mövcud bütün sistemlərə alternativ bir həlldir.

Blockchain texnologiyası

Nələr etmək olar?

Blockchain sayəsində hərhansısa banka və ya quruma ehtiyacınız olmadan rəqəmsal pul köçürmələrini həyata keçirə bilər, məlumat saxlaya bilər, mesajlaşa bilər və ürəyiniz istəyən bir çox işi görə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Blockchain yayıldıqca bu texnologiyaya yatırım edənlərin investorların sayı da artmaqdadır. Banklar, e-ticarət saytları və bir çox sektor tərəfindən Blockchain-ə olan maraq hər keçən gün daha da artmaqdadır.

Blockchain-in interneti tamamən dəyişəcəyini, hətta gələcəkdə rəqəmsal şəxsiyyət vəsiqəsi olaraq belə istifadə oluna biləcəyini görənlər də var. Beləki, Edurne və Mayel adlarında bir cütlük evliliklərini Blockchain üzərindən gərçəkləşdirərək tarixə keçdilər. Cütlük eyni zamanda evliliklərini elan etdikləri saytda toy hədiyyəsi olaraq Bitcoin qəbul etdilər.

Günümüzdə Blockchain texnologiyası ilə hər sektor demək olarki maraqlanır, lakin Bankçılıq sisteminə inteqrasiya edilərsə milyardlarca dollara qənaət edilmiş olacağı düşünülür.

Hər keçən gün bir çox investor Blockchain sahəsində araşdırmalar və yatırımlar etməkdədir.

Blockchain texnologiyası ilə maraqlanan şəxslər

Hollandiya bankları, ABN Amro, ING, Rabobank, NASDAQ, Yaponiyanın ən böyük və dünyanın üçüncü böyük bankı olan MUFG, Microsoft, Deutsche Bank və Goldman Sachs kimi bir çox bank və texnologiya şirkəti Blockchain üzərində işlər görürlər.

Buna da bax: Blockchain necə işləyir?

Mənbə: kripto.az