Kürdəmirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır | Banco.az

Kürdəmirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kürdəmir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, SKMF noyabrın 24-də Kürdəmir rayonunun Atakişili kəndində işgüzar forum keçirib. Sahibkarlardan ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, ət-sümük unu və çörək istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Mənbə: Apa.az