Rusiya xarici ticarətini “dost ölkələr”lə həyata keçirir | Banco.az

Rusiya xarici ticarətini “dost ölkələr”lə həyata keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya xarici ticarətini “dost ölkələr”lə həyata keçirir.

Banco.az xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Moskvada Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iqtisadiyyat toplantısında çıxış edib.

Novak bildirib ki, Rusiya xarici ticarətini dost ölkələrə yönəldərək yenidən formalaşdırır. Onun sözlərinə görə, “ötən ilin nəticələrinə və bu ilin ilk yarısına əsasən, sözügedən ölkələrin Rusiyanın xarici ticarət dövriyyəsindəki payı 84 faizə çatıb”.

Novak xarici ticarətdə milli valyutalarla həyata keçirilən ödənişlərin payının da artmaqda davam etdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici 89 faizə yüksəlib, rublla həyata keçirilən ödənişlərin payı isə 56 faizə çatıb.

Rusiya iqtisadiyyatının mövcud şəraitdə dayanıqlı artım modelinə keçməsinin əsas məqsəd olduğunu vurğulayan Novak hazırlanan struktur dəyişiklikləri planının investisiyalar, əmək bazarı, gəlirlər və istehlak, texnoloji inkişaf, xarici ticarət və iqtisadiyyatın leqallaşdırılması kimi sahələrdə dönüşümü nəzərdə tutduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram