Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp Kanada ilə ticarət sazişi əldə edildiyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə sənədlərin yekunlaşdırılması şərtilə kifayət qədər ədalətli ticarət sazişinə dair razılığa gəldiklərini bildirərək, ABŞ fermerlərinin Kanadaya ixrac etdiyi məhsullara tətbiq olunan gömrük rüsumlarının sıfırlanacağını açıqlayıb.
Tramp Ağ Evin həyətində inşası davam edən helikopter meydançasında jurnalistlərin suallarını cavablandırıb.
Kanada ilə aparılan ticarət danışıqlarını dəyərləndirən Tramp bildirib ki, Kanada Baş naziri Mark Karni ilə yaxşı görüş keçirib və tərəflər razılığa gəliblər.
Tramp Kanadadan idxal olunan bəzi məhsullara 50 faizlik gömrük rüsumunun bu gün qüvvəyə minməsinin planlaşdırıldığını xatırladaraq deyib: “Dünən bizə zəng etdilər və əldə etməli olduğumuz şərtləri qəbul etdilər. Hər iki tərəf üçün kifayət qədər ədalətli razılaşma əldə olundu. Fermerlərimiz üçün artıq gömrük rüsumları olmayacaq. Fermerlərimiz Kanadaya böyük məbləğdə gömrük rüsumları ödəyirdi və bu rüsumlar tamamilə aradan qaldırılaraq sıfıra endiriləcək.”
Bizi sosial şəbəkələrdən izləyin!!
