“Marvell” “Google”a 12,2 milyard dollarlıq səhm alma hüququ verib | Banco.az

“Marvell” “Google”a 12,2 milyard dollarlıq səhm alma hüququ verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Marvell” “Google”a 12,2 milyard dollarlıq səhm alma hüququ verib.

Banco.az xəbər verir ki, “Marvell Technology” süni intellekt infrastrukturunda istifadə olunan xüsusi çiplərin hazırlanması üzrə əməkdaşlığını genişləndirərkən, “Alphabet”ə daxil olan “Google”a 12,2 milyard dollaradək dəyərdə “Marvell” səhmi almaq hüququ verib.

“Marvell”in çərşənbə günü yaydığı açıqlamaya görə, “Google” hər səhm üçün 206,58 dollar ödəməklə təxminən 58,97 milyon “Marvell” səhmi almaq hüququ əldə edib. Hüquqdan tam istifadə ediləcəyi təqdirdə səhmlərin ümumi dəyəri təxminən 12,18 milyard dollara çatacaq.

Bildirilib ki, sözügedən səhmlərin təxminən 1,4 milyonu razılaşmanın ilk ili ərzində əldə edilə biləcək. Qalan səhmlər isə “Marvell”in 2033-cü maliyyə ilinin sonunadək 240 mərhələ üzrə əldə edilə biləcək. Hər bir mərhələnin “Google”a satılan xüsusi çiplərdən əldə olunan 500 milyon dollarlıq gəlirə uyğun gəldiyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram