Azərbaycanda IPTV abunəçilərinin sayı son 5 ildə 14 dəfəyə yaxın artıb | Banco.az

Azərbaycanda IPTV abunəçilərinin sayı son 5 ildə 14 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda 155 min 793 IPTV (İnternet Protokol Televiziyası) abunəçisi olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin göstəricisindən 2,3 dəfə çoxdur.

Hesabat dövründə ölkədə kabel televiziyası abunəçilərinin sayı 201 min 624-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 % azdır.

Son 5 ildə IPTV abunəçilərinin sayında 13,6 dəfəlik, kabel televiziyası abunəçilərinin sayında isə 13,2 %-lik artım qeydə alınıb.