Bu il dövlət büdcəsinin xərclərinə 860 milyon manat qənaət ediləcək | Banco.az

Bu il dövlət büdcəsinin xərclərinə 860 milyon manat qənaət ediləcək

Bu ilin dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin həcmi 41 milyard 703,6 milyon manat idi.

Maliyyə Nazirliyi xəbər verir ki, bu il dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat olacaq. Bu, dövlət büdcəsinin təsdiq olunmuş xərclərindən 841 milyon manat və ya 2% daha azdır. 

Dövlət büdcəsinin xərcləri içərisində cari xərclər təsdiq olunmuş 25 milyard 201,6 milyon manatdan 488,5 milyon manat və ya 1,9% az olacağı və 24 milyard 413,1 milyon manata bərabər olacağı proqnozlaşdırılır. 

Əsaslı xərclərin də təsdiqlənmiş 14 milyard 44,4 milyon manata qarşı 13 milyard 691,8 milyon manat olacağı, - yəni 352,6 milyon manat (2,5%) az olacağı gözlənilir.

Dövlət borcuna xidmətlə bağlı xərclər isə təsdiqlənmiş 2 milyard 457,6 milyon manata bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-c ildə dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat, 2024-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,7 milyon manat olmuşdu.