Gələn il Azərbaycan iqtisadiyyatı 2,2% artacaq - PROQNOZ | Banco.az

Gələn il Azərbaycan iqtisadiyyatı 2,2% artacaq - PROQNOZ

Dünya Bankının Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2,2%, 2022-ci ildə isə 2,4% təşkil edəcək.

Banka istinadən, Dünya Bankının ilin əvvəlində dərc olunan bundan öncəki proqnozunda sözügedən göstəricilər 2021-ci il üçün 2,1%, 2022-ci il üçün isə 2,2% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bank bu il Azərbaycanda iqtisadiyyatın 0,2% azalacağını proqnozlaşdırır. İlin əvvəlində isə Dünya Bankı ölkədə ÜDM-in artım tempinin 2,3% təşkil edəcəyini proqnozlaşdırırdı.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et