Daha çox qısamüddətli kredit sahibləri borclarını ödəmirlər | Banco.az

Daha çox qısamüddətli kredit sahibləri borclarını ödəmirlər

Azərbaycanda kredit qoyuluşlarında uzunmüddətli kreditlər üstünlük təşkil edir. Belə ki, 2014-cü ilin iyul ayının sonuna uzunmüddətli kreditlərin həcmi 13475.2 mln manat olmuşdur ki, bu da ümumi kredit qoyuluşlarının 79%-i deməkdir. Qısamüddətli kreditlərin ümumi həcmi isə 3558.8 mln manat olmuşdur.

Bununla yanaşı həmişə olduğu kimi milli valyutada verilən kreditlər ümumi kreditlərin həcmində böyük çəkiyə malikdir. Belə ki, ümumi kreditlərin 73%-i (12467.1 mln manat) milli valyutada verildiyi halda, xarici valyutada ancaq 4566.9 mln manat kredit verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Istər milli valyutada, istərsə də xarici valyutada vaxtı keçmiş kreditlər əsasən qısamüddətli kreditlərdə müşahidə olunmuşdur. Belə ki, manatla verilmiş qısamüddətli kreditlərin 12.9% (301.9 mln manat), xarici valyutada kredit qoyuluşlarının isə 6.4%-i (77.7 mln manat) vaxtı keçmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin ümumi həcmi 900.1 mln manat olmuşdur ki, bu da iyun ayı ilə müqayisədə çoxdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et