Trampdan Aİ-yə xəbərdarlıq: Neft və təbii qaz alın, əks halda tariflər gəlir | Banco.az

Trampdan Aİ-yə xəbərdarlıq: Neft və təbii qaz alın, əks halda tariflər gəlir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp özünün sosial şəbəkəsindəki paylaşımında Aİ-ni tariflərlə hədələyib.

Banco.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) ticarət kəsirini bağlamaq üçün ABŞ nefti və təbii qazını geniş miqyasda almağa çağırıb, əks halda rüsumlar tətbiq edəcək.

“Mən Avropa İttifaqına dedim ki, onlar bizim neft və təbii qazımızı geniş miqyasda almaqla ABŞ ilə aralarındakı böyük uçurumu aradan qaldırmalıdırlar",- deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, keçən ay Tramp Meksika, Kanada və Çindən gələn məhsullar üçün tarif planını açıqlamışdı.

BRİKS ölkələrini tariflərlə hədələyən Tramp bildirib ki, biz istəyirik ki, bu ölkələr yeni BRİKS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, 100 faiz tariflərlə üzləşəcəklər.