Yaponiyada düyü qiymətləri rekord həddə çatıb | Banco.az

Yaponiyada düyü qiymətləri rekord həddə çatıb

Müəllif:Ayşən İmanoval/Banco.az

Yaponiyada düyü qiymətləri noyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 63,6% artıb.

Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin dərc etdiyi statistik məlumatda deyilir.

Bildirilir ki, bu, hökumətin mövcud statistika formasından istifadə etməyə başladığı 1971-ci ildən bəri ən yüksək artım tempidir. Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, oktyabrda düyüdə qiymət artımı 58,9% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Yayda baş verən bir sıra təbii fəlakətlər və zəif məhsul səbəbindən Yaponiyada düyü qıtlığı yaranıb. Bu, taxıl məhsullarının əhali tərəfindən tələsik alınmasına və qiymətlərin artmasına səbəb olub. Qiymətlər payızda da, xüsusən, nəqliyyat xərclərinin və kənd təsərrüfatı işçilərinin əmək haqqının artması səbəbindən yüksək səviyyədə qalıb.