Yaşıl maliyyə necə inkişaf etdirilə bilər? | Banco.az

Yaşıl maliyyə necə inkişaf etdirilə bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yaşıl maliyyə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və dayanıqlı iqtisadiyyatın təşviqi istiqamətində həyata keçirilən maliyyələşdirmə mexanizmlərini ifadə edir.

Bu yanaşma iqtisadiyyatı ekoloji tarazlıqla uzlaşdıraraq, təbii resursların qorunması və bərpa olunan enerji mənbələrinin inkiafı üçün vacib vasitədir.

Yaşıl maliyyənin əsas məqsədi dayanıqlı inkişafı təmin etməkdir. Bununla yanaşı, ekoloji təhdidlərin azaldılması, iqlim risklərinin idarə olunması və yaşıl texnologiyalara investisiyanı stimullaşdırmaq da bu konsepsiyanın təməl prinsiplərindəndir.

Yaşıl obligasiya (Green Bonds): Bu borc alətləri iqlim və yaşıl layihələrə maliyyə dəstəyi təmin edir.

Karbon ticarəti: Karbon emissiyasını azaltmaq üçün karbon kreditlərinin alqı-satqı mexanizmi.

Yaşıl fondlar: Ekoloji dost layihələrə investisiya qoyuluşu.

Dövlət subsidiyaları: Yaşıl layihələrə maliyyə yardımını təmin edən mexanizmlər.

Yaşıl maliyyənin tətbiq sahələri

Yaşıl maliyyə bərpa olunan enerji, enerji effektivliyi, nəqliyyat, su idarəetməsi və tullantı emalı kimi sahələrdə tətbiq edilir:

Bu sahələrə bərpa olunan enerji sahəsi -günəş, külək, hidroelektrik layihələrin maliyyələşdirməsi, enerji effektivliyi, tullantıların emalı, resursların təkrar istifadəsi, elektrik avtomobillərə və yaşıl infrastrukturun inkişafı daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Yaşıl maliyyənin faydaları

Ekoloji faydalar: Karbon emissiyasını azaldaraq ətraf mühiti qoruyur.

İqtisadi faydalar: Yeni iş yerləri yaradılır, innovasiyalar təşviq edilir.

Sosial faydalar: Daha sağlam və dayanaqlı cəmiyyət yaradır.

Yaşıl maliyyənin qarşısında dayanan çətinliklər

Maliyyə resurslarının azlığı: Görüləcək yaşıl layihələr üçün kifayət maliyyə tapmaq çətin ola bilər.

Tənzimləmə mexanizmlərinin çatışmamışlığı: Yaşıl maliyyənin standartları hər yerdə eyni dəyil.

Maarifləndirmənin zəifliyi: Yaşıl maliyyə haqda ictimaiyyətin əlavə məlumatlandırılması zəruridir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev mediaya açıqlamasında bildirib ki, bütövlükdə iqlim dəyişmələri və yaşıl maliyyənin inkişaf etdirilməsi üçün bir sıra kanallar mövcuddur:

"İlk növbədə dövlət-özəl sektor əməkdaşlığı, ikincisi - banklar tərəfindən beynəlxalq təşkilatlardan vəsaitlərin cəlb edilməsi, üçüncüsü - bankların özü tərəfindən müvafiq şəkildə resursların cəlb edilməsi və iqtisadiyyata yönləndirilməsidir. Biz bu üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması və iqtisadiyyata dövr edilməsi məsələlərini müzakirə etmişik". Qeyd edək ki, yaşıl maliyyə iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uzlaşdıran strateji bir vasitədir. Bu maliyyə modelinin geniş yayılması iqlim dəyişikliyi təhdidini azaltmaqla yanaşı, bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində innovasiyaları əhəmiyyətli dərəcədə təşviq edir.