Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın idman malları istehsalçısı “Nike” ikinci maliyyə rübündə xalis mənfəətini dörddə bir, gəlirini isə 8% azaldıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Bildirilir ki, xalis mənfəət əvvəlki maliyyə ilinin analoji dövründəki 1,58 milyard dollarla müqayisədə 1,16 milyard dollar təşkil edib. Şirkətin rüblük gəliri isə bir il əvvəlki 13,4 milyard dollardan 12,4 milyard dollara düşüb.
İkinci maliyyə rübünün nəticələrinə görə, “Nike” səhmdarlarına cəmi 1,6 milyard dollar, o cümlədən 557 milyon dollar dividend və səhmlərin geri alınması yolu ilə təxminən 1,1 milyard dollar qaytarıb.
“Nike” səhmləri cümə axşamı ticarətdən sonra 0,5% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 29% azalaraq 114,5 milyard dollar təşkil edib.