Dünyada əm qısa iş saatı olan ölkələr – SİYAHI | Banco.az

Dünyada əm qısa iş saatı olan ölkələr – SİYAHI

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada iş saatları ölkələrin iqtisadi, sosial və mədəni xüsusiyyətlərinə görə fərqlənir.

Banco.az  Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, həftəlik ən az iş saatına malik olan ölkələri təqdim edir:

Almaniya – Həftəlik orta iş saatı: 35,5 saat.

Avstraliya – Həftəlik orta iş saatı: 36,1 saat.

İngiltərə – Həftəlik orta iş saatı: 36,4 saat.

İtaliya – Həftəlik orta iş saatı: 37,5 saat.

Ən sərfəli kredit üçün müraciət et

Fransa – Həftəlik orta iş saatı: 38 saat.

Bu ölkələrdə iş saatlarının nisbətən az olması, işçilərin məhsuldarlığı və iş-həyat balansının qorunması ilə əlaqələndirilir. Məsələn, Almaniyada yüksək məhsuldarlıq və effektiv iş metodları sayəsində daha qısa iş saatları tətbiq olunur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, həftəlik normal iş vaxtı 40 saatdan artıq ola bilməz. Bu, bir çox ölkələrlə müqayisədə orta göstərici hesab olunur.

Mütəxəsisslər hesab edir ki,  iş saatlarının uzunluğu ilə iqtisadi inkişaf səviyyəsi arasında birbaşa əlaqə yoxdur. Əsas məsələ işçilərin məhsuldarlığı və iş şəraitinin keyfiyyətidir. Daha qısa iş saatları, işçilərin motivasiyasını və ümumi həyat keyfiyyətini artırmaqla yanaşı, iqtisadiyyata da müsbət təsir göstərə bilər.