Azərbaycana əczaçılıq məhsullarının idxalı 10%-dən çox azalıb | Banco.az

Azərbaycana əczaçılıq məhsullarının idxalı 10%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2024-cü ilin yanvar-noyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 467 milyon 126 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 53 milyon 349 min dollar və ya 10.3% azdır. 

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.49%-ni təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycan 520 milyon 475 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram