Böyük Britaniyanın Azərbaycana birbaşa investisiya qoyuluşu 8% artıb | Banco.az

Böyük Britaniyanın Azərbaycana birbaşa investisiya qoyuluşu 8% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 367 milyon 949 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% və ya 103,1 milyon dollar çoxdur.

Qeyd edək ki, 2022-ci ilin eyni aylarında Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 milyard 264 milyon 935 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et