Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb | Banco.az

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

2026-cı ilin ilk yarısında cari əməliyyatlar balansında (CƏB) 4,7 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

    Onun sözlərinə görə, CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) 12,4%-nə bərabər olub.

    Qeyd edək ki, ötən ilin eyni dövründə cari əməliyyatlar balansının profisiti 2,6 milyard ABŞ dolları təşkil etmişdi.