Tramp: Biz tarixdə əvvəlkindən daha çox silah istehsal edirik | Banco.az

Tramp: Biz tarixdə əvvəlkindən daha çox silah istehsal edirik

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp ölkəsinin tarixində indiyə qədər heç olmadığı qədər silah istehsal etdiyini və bu silahların hər gün Yaxın Şərqdəki ABŞ qüvvələrinə çatdırıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp sosial media paylaşımında ABŞ-ın silah istehsalı ilə bağlı yeni bir hesabat aldığını bildirib.

Tramp bildirib ki, indicə ABŞ-ın tariximizin heç bir dövründən daha inkişaf etmiş və üstün silahlar istehsal etdiyinə dair bir məlumat aldım. Bunlar hər gün Yaxın Şərqdəki və digər bölgələrdəki qüvvələrimizə çatdırılır.

O bildirib ki, ABŞ-dakı müdafiə şirkətlərinin fabrikləri 24/7 fəaliyyət göstərir və hər bir şirkət orta hesabla 4-5 yeni irimiqyaslı istehsal müəssisəsi tikir.

Prezident bildirib ki, silah istehsalı xüsusilə "Patriot" və "THAAD" hava hücumundan müdafiə sistemlərinə, eləcə də "Tomahawk" və digər raket sistemlərinə yönəlib.

Tramp həmçinin ABŞ-ın artıq bu silah sistemlərinin böyük ehtiyatlarına malik olduğunu qeyd edib və müdafiə sənayesi istehsalının yüksək templə davam etdiyini bildirib.