Azərbaycandan I yarımildə 3 milyard dollar kapital çıxarılıb | Banco.az

Azərbaycandan I yarımildə 3 milyard dollar kapital çıxarılıb

Bu ilin I yarısında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) təxminən 3 milyard ABŞ dolları təşkil edib.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,3 milyard ABŞ dolları artıb.