Azərbaycan neftinin qiyməti 127 dolları ötüb | Banco.az

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Banco.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,27 dollar və ya 6,06% artaraq 127,29 ABŞ dolları olub.

        Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,02 ABŞ dolları təşkil edib.

        Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.