ABŞ ilk dəfə olaraq kosmosda silahlara sahib olduğunu təsdiqlədi | Banco.az

ABŞ ilk dəfə olaraq kosmosda silahlara sahib olduğunu təsdiqlədi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meynk Vaşinqton administrasiyasının orbitdə kosmik silaha sahib olduğunu təsdiqləyib.

Banco.az xəbər verir ki, Meinkin açıqlaması ABŞ-ın kosmosda silahlara sahib olduğunu ilk rəsmi etirafıdır.

Lakin Meynk silahın nə olduğu, necə istifadə edilə biləcəyi, imkanları və ya orbitə nə vaxt yerləşdirildiyi barədə heç bir məlumat verməyib.

O, sadəcə ABŞ qüvvələrini düşmən hərəkətlərindən qorumaq üçün bunun vacib olduğunu bildirib.

Meink həmçinin bildirib ki, bəzi adları açıqlanmayan rəqiblər artıq ABŞ-ın sensor və komanda-nəzarət funksiyaları ilə əlaqəli sistemlərini sıradan çıxarmağa çalışırlar.

Yüksək rütbəli hərbi rəsmilər əvvəllər Rusiya və Çinin gələcək münaqişədə ABŞ peyklərinə hücum etmək və onları sıradan çıxarmaq üçün metodlar hazırladıqlarından narahat olduqlarını bildirərək, kosmosdakı hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdıqlarını bildirmişdilər.

ABŞ Prezidenti Donald Trampın administrasiyası bildirir ki, kosmik imkanlar, o cümlədən tutucu raketlər, ABŞ-ı raketlərdən və digər hava təhdidlərindən qorumağı hədəfləyən " Qızıl Günbəz" müdafiə sisteminin vacib bir hissəsidir.