Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bank of America” (BofA) ABŞ-da tənəzzül olacağı ilə bağlı proqnozunu geri götürüb.
Banco.az xəbər verir ki, “Bank of America” iqtisadçıları 2024-cü ildə ABŞ iqtisadiyyatında mülayim resessiya olacağı ilə bağlı keçmiş proqnozlarını geri götürdüklərini açıqlayıblar.
BofA ABŞ iqtisadiyyatına dair tənəzzül proqnozlarını ləğv edərək iqtisadi perspektivlə bağlı artan nikbinlik fonunda tənəzzül proqnozunu geri götürən ilk “Wall Street” bankı olub.
BofA iqtisadçıları ABŞ-da iqtisadi artımın son rübün yükununda 2 faiz, 2024-cü ildə 0,7 faiz, 2025-ci ildə isə 1,8 faiz olacağını proqnozlaşdırıblar.
Xatırladaq ki, bu dəyişiklik FED sədri Cerom Pauell jurnalistlərə Federal Ehtiyat Sisteminin (FED) iqtisadçılarının artıq resessiya proqnozlaşdırmadıqlarını söyləməsindən cəmi bir həftə sonra reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!