Müəllif - Aida İsaq, Banco.az
"Deutsche Bank"ın Rusiyadakı nümayəndəliyinin xalis mənfəəti 2022-ci ilin sonunda 5,4 milyard rubla qədər artıb.
Banco.az xəbər verir ki, bu, 1999-cu ildən bəri qeydə alınan rekord göstəricidir. 2022-ci il ərzində qurumun xalis faiz gəliri on dəfədən çox artaraq 7 milyard rublu ötüb. Kredit təşkilatlarında vəsaitlərin yerləşdirilməsindən daxilolmalar 1,84 milyard rubldan 6,9 milyard rubla qədər artıb. “Deutsche Bank” hüquqi şəxslərə verilən kreditlər üzrə daha 1,6 milyard rubl əldə edib. Təşkilatın digər əməliyyat gəlirləri 1,4 milyard rubla yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!