Banco.az | Tezliklə

Hansı peşə sahibləri Kanadada rahatlıqla iş tapa bilər? - MÜSAHİBƏ

 "Kanadada dövlət orqanlarına, iş müsahibələrinə ətirlənib getmək olmaz"

Azərbaycanca

Tanınmış turizm şirkəti MÜFLİS OLDU

İlgiltərənin məşhur turizm şirkəti müflis olub. İngiltərənin 178 illik səyahət şirkəti "Thomas Cook" şirkəti xilas etmək üçün apardığı danışıqlar nəticəsiz qalıb və şirkət batıb.

Azərbaycanca

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,10% artaraq 1 barelə görə 64,99 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,12% artaraq 58,74 dollar təşkil edib.

Azərbaycanca

Xaricdən süd idxalı bahalaşıb

Azərbaycana süd idxalının xərci artır. 1 ton südün orta idxal qiyməti 1406 dollardan 1653 dollara qalxıb (247 dollar artım). 

Azərbaycanca

Toyota-nın hibrit satışları 14 milyonu aşıb

1997-ci ildən bu yana Toyota 14 milyon ədəddən çox hibrit avtomobil satıb.

Toyota-nın 2019-cu ilin ilk 7 ayında Avropa bazarındakı hibrit satışları 328 min 23 ədəd təşkil edib. Bununla Toyota-nın Avropa satışlarının içindəki hibritlərin payı da 50 faiz ətrafında olub.

Azərbaycanca

12 BOKT-un ötən il vergiyəqədərki mənfəəti olmayıb

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 12-nin ötən il vergiyəqədərki mənfəəti olmayıb.

Azərbaycanca

Bu günədək Ceyhan neft terminalından 3,3 milyard barelə yaxın neft yola salınıb

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,3 mlrd. barelə yaxın neft yola salınıb. Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır. Məlumata görə, hesabat dövründə terminaldan 4.300 tanker AÇG nefti ilə yüklənib. Bu il (sentyabrın 20-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 172,32 mln.

Azərbaycanca

Google-dan Avropada 3 milyard avro əlavə investisiya

ABŞ-lı texnologiya şirkəti Google-ın İcraçı direktoru Sundar Pichai, Avropadakı data mərkəzlərini genişləndirmək məqsədilə 3 milyard avro əlavə sərmayə qoyulacağını bildirib.

Pichai, əlavə qoyuluşlarla 2007-dənbəri Google-ın Avropadakı sərmayələrinin ümumi həcminin 15 milyard avroya çatacağını bildirib.

Azərbaycanca

Səkkiz ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub

Sentyabrın 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3 faizini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub. Yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,7 saat təşkil edib.

Azərbaycanca

Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?

Hesablama metodu ilə uçot aparan istehsal müəssisə ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulunun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »