Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 5 milyon 403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 4 milyon 937 min tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib. Sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub.
Dəniz limanlarında 5,4 milyon ton yükləmə-boşaltma işləri görülüb