Banco.az | Tezliklə

Mənzil İnşaatı Dövlət Agentliyi sosial ev əldə etmək istəyən vətəndaşlara müraciət edib

Müraciətdə bildirilir ki, gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək. Satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.

Azərbaycanca

Həssas qrupdan olan şəxslərin və gənclərin işlə təmin olunması daim diqqət mərkəzindədir

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61.791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub. Onlardan 21 978-i qadınlardır. Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib.

Azərbaycanca

Avropa İttifaqı və Böyük Britaniya "Brexit" üzrə yeni sazişə nail olublar

Avropa İttifaqı və Böyük Britaniya iki sutkadır fasiləsiz davam edən danışıqlar nəticəsində "Brexit" şərtləri üzrə yeni sazişə nail ola bilib. Bu barədə Böyük Britaniya hökumətinin rəhbəri Boris Conson özünün "Twitter" səhifəsində yazıb: "Nail olunan yeni və gözəl saziş sayəsində daha çox azadlıq əldə edəcəyik. Bundan sonra parlament bizə "Brexit" prosesini həyata keçirməyə imkan verməlidir".

Azərbaycanca

Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,52% azalaraq 1 barelə görə 59,6 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,17% azalaraq 53,84 dollar təşkil edib.

Azərbaycanca

"Bəzi şirkətlər irihəcmli investisiya layihələri təqdim edib"

"Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində irihəcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib".

Bunu rəmi mətbuat üçün yazdığı məqaləsində  Energetika naziri Pərviz Şahbazov bildirib.

Azərbaycanca

Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Bunu açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

Azərbaycanca

ABŞ-ın sənaye istehsalında son 5 ayda ən böyük azalma

ABŞ-da sənaye istehsalı Sentyabrda 0.4% düşüb, bu, son 5 ayda ən böyük azalmadır. 

ABŞ-da sənaye istehsalı zəif qlobal tələb və ticarət müharibələrinin təsiri ilə 5 ayın ən böyük tənəzzülünü reallaşdırıb. Fed məlumatlarına görə, sənaye istehsalı Sentyabrda 0.4% düşüb.

Azərbaycanca

Almaniya hökuməti iqtisadi artım proqnozunu pisləşdirdi

Almaniya hökuməti 2020-ci il üçün iqtisadi artım proqnozunu 1.5%-dən 1% səviyyəsinə endirib.

Almaniya hökuməti, azalan qlobal tələbat, Brexit və ticarət münaqişələrinin mənfi təsirlərinin gələn il də davam edəcəyini gözləyir. Avropanın ən böyük iqtisadiyyatının 2020-ci il üçün artım proqnozunu azaldılıb.

Azərbaycanca

Azərbaycanın dövlət büdcəsində artıqlıq yaranıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 16 milyard 871 milyon 200 min manat vəsait daxil olmuş, büdcədən 16 milyard 690 milyon 600 min manat vəsait xərclənmişdir.

Büdcənin icrasında 180 milyon 600 min manatlıq profisit (artıqlıq) yaranıb.

Azərbaycanca

ƏHALİNİN YENİ SAYI AÇIQLANDI

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 35 min 351 nəfərə çatmışdır. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »