Azərbaycan neftinin bu günə olan qiyməti | Banco.az

Azərbaycan neftinin bu günə olan qiyməti

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,82 ABŞ dolları və ya 4,8% ucuzlaşaraq 95,27 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100,09 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.