Bu ilin yanvar-may aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4,3 milyard manatdan çox vəsait ödənilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 422 milyon manat və yaxud 10,7 % çoxdur.
