Banco.az | Tezliklə

ABŞ bu şəxslərə viza verməyəcək

ABŞ Çin Kommunist Partiyasını dəstəklədiklərini səbəb göstərərək Huawei-də işləyənlərə viza verməyəcəyini bildirib.

Rəsmilər bildirib ki, Huawei ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərən yerli şirkətlər insan hüquqlarını pozmaqla məşğuldurlar. 

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,13 ABŞ dolları və ya 0,3% artaraq 45,06 dollar təşkil edib.

Azərbaycanca

Azərbaycanda dəmir yolu ilə yükdaşımalar artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-iyun ayları ərzində 7,2 mln. ton yük, 1 323,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,1% artım, sərnişin daşınmasında isə 16,1% azalma müşahidə olunub.

Azərbaycanca

Azərbaycan ət idxalını 7% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,6 milyon ABŞ dolları (29,8%) və 1,6 min ton (6,7%) çoxdur.

Azərbaycanca

SOCAR İstiqrazlarının növbəti faizi ödənildi

4 ilə yaxındır ki, vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanı təqdim edən və yatırım üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 iyul tarixində baş tutan sayca 15-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1 milyon 250 min dollarlıq gəlir qazandırdı. İstiqraz sahiblərinin ümumi qazancı hazırda 18 milyon 750 min dollar təşkil edir.

Azərbaycanca

Rabitəbank yeni vakansiya elan edir

Riteyl Kreditlər Departamentinin Onlayn Satış Şöbəsinin Mütəxəssisi vakansiyası. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Azərbaycanca

Instagram ulduzlarının hansı daha çox qazanır?

Hopper HQ xidməti Instagram ulduzlarının reklam paylaşımlarına görə əldə etdiyi gəlir siyahısını dərc edib. 

Həmin “bahalı paylaşımların” sahiblərini təqdim edirik:

10. Neymar

Azərbaycanca

Rəsmi məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı 17 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

İyulun 17-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Azərbaycanca

ASK Azərbaycan Ermənistan dövlət sərhədində baş verənlərlə bağlı vətəndaşlara və sahibkarlara müraciət etdi

Məlum olduğu kimi, erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.

Azərbaycanca

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları açıqlanıb

2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »