Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC yarımillik maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
“PAŞA Həyat” yarımillik maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC yarımillik maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
17 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” MMC-nin AZ2006020609 ISIN-li, 1,500,000 AZN həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Rəqabətli hərrac üsulu ilə keçirilən yerləşdirmə zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilmişdir.
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulacaq dövlət rüsumunun məbləğləri müəyyənləşib.
"Karantin rejiminin daha 2 həftə uzadılması gözlənilir. Hazırkı situasiya bunu diqtə edir."
Bunu respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev qeyd edib ki, yoluxma sayında müəyyən stabilləşmə müşahidə edilsə də, bu, virusun tamamilə yox olması anlamına gəlmir:
20 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 5 milyard 956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib.
Pandemiya onlayn alış-verişi aktuallaşdırdıqdan sonra Google bu sahədə İnstaqrama rəqib olan Shoploop platformasını təqdim edib.
Yeni elektron ticarət platforması İnstaqram hekayələrini xatırladır.
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-də depozit hərracı keçirəcək.
İyulun 20-də keçiriləcək depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb olunması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mixed Leasing" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 1, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Loğman Azad oğlu Məhərrəmovdur.
Azərbaycan iki aylıq fasilədən sonra 2020-ci ilin iyun ayında minik avtomobillərinin istehsalını bərpa edib.
Bu barədə Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun ayları üzrə məlumatında deyilir.