SMS icazənin tətbiq olundu şəhər və rayonlarda vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.
SMS icazənin müddəti artırıldı
SMS icazənin tətbiq olundu şəhər və rayonlarda vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,63% azalaraq 1 barelə görə 42,87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,59% azalaraq 40,35 dollar təşkil edib.
Dünya bazarında qızıl getdikcə bahalaşır. Əgər ötən il bu vaxt əmtəə birjalarında qiymətli metalın 1 unsiyası 1 200 - 1 300 ABŞ dollarına alınıb-satılırdısa, artıq qiymət 1 800 ABŞ dollarına çatıb. Amma bu da son olmaya bilər.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 14,8 min əmanətçisinə qorunan əmanətlər üzrə 17 iyul 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 305,2 milyon manat kompensasiya ödəyib.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzun müddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"yə saxlayıb.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
50 ən yaxşı Çin markasını özündə birləşdirən son BrandZ reytinqi dərc edilib. Siyahının başında 1,938 bal toplayan Çin texnoloji nəhəngi Huawei gəlib.
Bunun ardınca Lenovo şirkəti qərarlaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
İyulun 20-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
“Bank Respublika” ASC Bank Kartları Departamentinin “Ekvayrinq və riskli əməliyyatların monitorinqi şöbəsinin kiçik mütəxəssisi” vakansiyası elan edir.
Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın aktivləri 8,5 milyard manat, depozit portfeli isə 4,8 milyard manat olub.