Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 203,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 203,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Unibank biznes sahibləri üçün onlayn xidmətlərini genişləndirir. Biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, hüquqi şəxs olan sahibkarlar üçün də onlayn bank hesabı açmaq xidmətini istifadəyə verib. Bir neçə ay əvvəl fərdi sahibkarlara təqdim olunan bu xidmət, artıq hüquqi şəxs olan biznes sahiblərinə də əlçatandır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Sabah Sığorta Agentliyi" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni kommersiya qurumunun hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 31, mənzil 35, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Nicat Seymur oğlu Əzizlidir.
Koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejiminin həyatımızın, demək olar ki, bütün sahələrinə göstərdiyi təsir Vergi Məcəlləsində öz əksini tapıb: Məcəlləyə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni, 18-ci fəsil əlavə olunub.
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci il iyun ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10089853 nəfərə çatıb.
Kapital Bank-ın təsisçi olduğu “BirKart BOKT” MMC-nin növbəti Elmlər Akademiyası filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, 556/57-ci məhəllə, H.Cavid pr. A-da (Elmlər Akademiyası metro stansiyasının çıxışında) yerləşir. Filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir. Mərkəzdə 24 saat fəaliyyət göstərən ATM və Cash-in ödəniş terminalı da müştərilərin xidmətindədir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin iyulun 20-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 Avronun məzənnəsi 1,9452 manat, Rusiya rublu 0,0236 manat, 1 Türk lirəsi 0,2479 manat ciavrında müəyyənləşib.
2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 81,7 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Tamara Mustafayeva, Banco.az
Yaponiyanın tanınmış avtomobil brendi Nissan "Ariya" adlanan yeni modelinin tanıdılması üçün təşkil edilən tədbirdə 20 ildən sonra loqosunda dəyişiklik etdiyini açıqlayıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.