Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin III rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 313 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2025-ci ilin eyni dövründə bu say 2 389 nəfər olub.
Banco.az xəbər verir ki, bu barədə BP şirkətinin 2026-ci üçüncü rübünün yekunlarına həsr olunmuş hesabatında qeyd edilib.
Məlumata görə, bu, illik müqayisədə 76 nəfər və ya 3,2% azdır.
Qeyd edək ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
