Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,78 ABŞ dolları, yaxud 4,38% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,42 ABŞ dolları təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,78 ABŞ dolları, yaxud 4,38% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,42 ABŞ dolları təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, pensiya sistemində aşağıdakı istiqamətlərdə islahatlar aparılacaqdır:
- pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,
15 sentyabr 2020-ci il tarixində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) XIII Assambleyasının video-konfrans formatında iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevin rəhbərliyi ilə Konfederasiyanın nümayəndə heyəti də iştirak etmişdir.
Asiya İnkişaf Bankının (AİB) donorları bankın, Asiya İnkişaf Fondunun (AİF) və Texniki Yardım üzrə Xüsusi Fondunun (TYXF) büdcələrinə dördillik dövr üçün (2021-2024-cü illə) 4 milyard ABŞ dolları məbləğində əlavə vəsaitin ayrılmasına dair razılıq əldə ediblər.
Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü proqramların hər zaman təşəbbüskarı və dəstəkçisi olan “Rabitəbank” ASC “Özünüməşğulluq” layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmağa davam edir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin sentyabrın 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. 1 avronun məzənnəsi 1,9988 manat, 1 Rusiya rublu 0,0226 manat, 1 türk lirəsi isə 0,2269 manat səviyyəsində müəyyənləşib.
Azərbaycan səhiyyə və təhsil sahəsində irəliləyişə nail olub, amma öz insan kapitalını gücləndirməyə daha çox sərmayə qoymalıdır.
Bu barədə Dünya Bankının İnsan Kapitalı İndeksinin (İKİ) hesabatında deyilir.
23 Oktyabr 2020-ci il tarixində "Günay Bank" ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə Müşahidə Şurası üzvlərinin tərkibinə baxılması və dəyişiklik edilməsi, 2020-ci ilin 1-ci yarısı üzrə hesabatın təhlili və digər məsələlər daxildir.
ABŞ Mərkəzi Bankının sədri Jerome Powell, Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr yığıncağının ardından mətbuat konfransında çıxış edib.
Fed sədri, inflyasiyada 2% hədəfinə çatana və bu səviyyənin üzərində möhkəmlənənə qədər faizlərdə dəyişiklik olmayacağını söyləyib.
Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 53-cü illik toplantısında iştirak edəcək
17-18 sentyabr 2020-ci il tarixlərində video-konfrans formatında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı keçiriləcək.