Almaniyada işsizlərin sayı 3 milyonu keçib | Banco.az

Almaniyada işsizlərin sayı 3 milyonu keçib

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniya Federal Məşğulluq Agentliyi (BA) avqust ayı üçün işsizlik rəqəmlərini açıqlayıb.

Banco.az xəbər verir ki,  ölkədə işsizlərin sayı avqust ayında əvvəlki aya nisbətən 54 min, ötən ilin eyni ayına nisbətən isə 36 min artaraq 3 milyon 61 min nəfərə çatıb.

Ölkədə işsizlik səviyyəsi iyul ayında 6,4 faizdən avqust ayında 6,5 ​​faizə yüksəlib.

Ekspertlər iyul ayından bəri işsizliyin davamlı artımının mövsümi təsirlərlə yanaşı, iqtisadiyyatdakı zəiflik dövrü ilə əlaqəli olduğunu bildirirlər.

Son zamanlar artan iqtisadi artım əlamətlərinin gələcəkdə əmək bazarına müsbət təsir göstərəcəyi gözlənilir.