Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb | Banco.az

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb

Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.

 AMB-dən əldə ediləm məlumata görə, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb.

    Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.

    Qeyd edək ki, Vüqar Əhmədov 2009-cü ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.

    APA