Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ dondurulmuş Rusiya aktivlərini yenidən gündəmə gətirib.
Banco.az xəbər verir ki, İsveç, Niderland, Polşa və İspaniya Avropa İttifaqı (Aİ) Komissiyasına dondurulmuş Rusiya aktivlərinin Ukraynanı dəstəkləmək üçün istifadə edilməsinə dair yeni variantların dəyərləndirilməsi çağırışı ilə müraciət edib.
İsveç Xarici İşlər Naziri Mariya Malmer Stenerqard, Polşa Xarici İşlər Naziri Radoslav Sikorski, Niderland Xarici İşlər Naziri Tom Berendsen və İspaniya Xarici İşlər Naziri Xose Manuel Albares Bueno Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasa və Aİ-nin növbəti sədri olan İrlandiyanın Xarici İşlər Naziri Helen Makentiyə birgə imzalı məktub göndərib.
Məktubda Aİ-nin Ukraynanın özünü müdafiə edə bilməsi məsələsində daha mühüm rol üzərinə götürdüyü, bu çərçivədə qəbul edilən 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro kredit ayrılması qərarının mühüm bir addım olduğu xatırladılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
