Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da şirkət mənfəətləri rekord vurub, işçilərin payı tarixi aşağı səviyyədədir.
Banco.az xəbər verir ki, “Financial Times”ın İqtisadi Təhlil Bürosunun (BEA) məlumatları əsasında apardığı hesablamalara görə, ABŞ-da ikinci rübdə şirkətlərin vergidən əvvəlki mənfəəti illik hesabla 4,8 trilyon dollara çataraq milli gəlirin 18 faizini təşkil edib və İkinci Dünya Müharibəsindən sonrakı ən yüksək payı qeydə alıb.
Xəbərə görə, işçilərin əmək haqqı və əlavə güzəştlərdən əldə etdiyi payın milli gəlir daxilindəki nisbəti 60 faizə düşüb.
“JPMorgan” iqtisadçısı Abiel Reinhart gəlirin getdikcə daha böyük bir hissəsinin şirkət mənfəət marjlarına yönəldiyini vurğulayıb.
Süni intellekt bumu və artan enerji qiymətlərinin təsiri ilə səhm bazarları rekord vuraraq investisiya hesablarına töhfə versə də, bu vəziyyət gəlir bərabərsizliyini daha da dərinləşdirir.
İyul ayında real saatlıq qazancların illik əsasda 0,2 faiz azalması ilə yanaşı, inflyasiyanın əmək haqqı artımlarını üstələməsi, kapital sahibləri ilə yalnız əmək haqqı ilə dolanan kütlələr arasındakı iqtisadi ayrışmanı daha da qabarıq edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
