Müəllif: Tamara Mustafayeva, Banco.az
Venesuela ABŞ ilə neft sazişini təsdiqləyib.
Banco.az xəbər verir ki, dövlət televiziyası VTV-nin xəbərinə görə, Rodrigez Trampın Venesuela ilə "dünya tarixinin ən böyük neft sazişini" imzaladıqları açıqlamasını dəyərləndirib.
Rodrigez ABŞ ilə münasibətlərdə "tarixi dönüş nöqtəsi" yaşadıqlarını qeyd edərək, sazişin özəl sektor nümayəndələrinin iştirakı ilə neft istehsalını "əhəmiyyətli dərəcədə artırmağa" imkan verəcəyini bildirib.
ABŞ ilə əldə olunan razılaşma çərçivəsində Rodrigez, "65 milyard barrel təsdiqlənmiş potensial, 100 milyard dollardan çox investisiya və dövlətə 209 milyard dollardan artıq vergi gəliri" gətirəcək 17 strateji sahənin inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
